Tərəvəzin insan orqanizminə faydaları

Tərəvəzin insan orqanizminə faydaları
3/21/2020

Gündəlik Qidalanma Rasionumuzda tərəvəzlər mühim yer tutur. Buna görə də tərəvəzlərdən istifadə etməyi unutmayaq..

İnsan orqanizminə Günəş enerjisini, vitaminləri, duzları və digər faydalı elementləri daşıyan, bununla da sağlamlığın qorunmasına xidmət edən birinci əsas qida meyvələrdisə, ikincisi tərəvəzlərdir. Bitki səltənətinə daxil olan bu iki qida növü orqanizmin bütün tələbatının 100 faiz ödənilməsində mühüm rol oynayır. Meyvə və tərəvəz orqanizmə vitaminlər və duzlarla bərabər, həm də oksigen, su və Günəş enerjisi də daşıyır. Bunu nə ət-yağ edə bilir, nə un məmulatları, nə də şirniyyat. Onlar orqanizmə yalnız zülal, şəkər və nişasta daşıyır. Halbuki meyvələrin və tərəvəzin tərkibində həm də təbii yağlar, təbii nişasta, şəkər (fruktoza) kifayət qədərdir. Elə buna görə də ət, yağ, un məmulatları, şirniyyat yeyən adamlar daha çox xəstələnirlər. Meyvə-tərəvəz yeyən insanlar isə uzun ömür sürürlər.