Parazitlər orqanizmə haradan daxil olur?

Parazitlər orqanizmə haradan daxil olur?
2/6/2020

Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun orada çoxalmaq və nəsilvermək ehtimalı da artar.

Parazitlik və ya parazitizm – növlər arasında qida əlaqə forması olub, partnyor orqanizm (konsument) canlı sahibinin bədənindən həm qidalanma mənbəyi, həm də məskunlaşma (yaşama) yeri (daim və ya müvəqqəti) kimi istifadə edir. Parazitlər öz sahibindən xeyli kiçik olur. Parazitizm yırtıcılardan fərqli olaraq növlərin dar çərçivədə ixtisaslaşması ilə səciyyələnir. Belə ki, sahib paraziti yalnız qida ilə deyil, həm də mikroiqlim, mühafizə və s. ilə təmin edir. Parazit sahibinin orqanizminin xüsusiyyətlərinə nə qədər yaxşı uyğunlaşarsa, onun orada çoxalmaq və nəsilvermək ehtimalı da artar.

Parazitlərin orqanizmə ən asan daxil olunma yolu yaxşı yuyulmanmış əllərdir.Bu səbəbdən qurd xəstəliklərinə ən çox uşaqlar yoluxur.Həmçinin yaxşı yuyulmamış meyvə-tərəvəzlərdən və sudan yoluxmaq olur. Parazitlərin daxil olma yollarından biri də yaxşı bişməmiş ətdir.
Aşağıdakı əlamətlər sizdə qurd xəstəliklərinin olmasından xəbər verir:
özünüzü yorğun, əzgin və halsız hissi
qida qəbulundan sonra mədə-bağırsağınızda köpmə baş verərsə
gəcələr yuxuda diş qıcanmalar
dəmir defisit anemiya qurd xəstəliklərindən əmələ gələ bilər.
dəridə qaşınmalar, səpgilər,
əzələlərdə və oynaqlarda heç bir xəstəlik olmadan baş verən ağrılar, səbəbi bilinməyən qəbizlik və ya ishal .
Yuxarıda qeyd olunan əlamətlərdən bir və ya bir neçəsini uşağınızda və özünüzdə hiss edirsinizsə, mütləq həkimə müraciət edin.