Ozonoterapiyanın faydaları

Ozonoterapiyanın faydaları
2/11/2020

Ozon orqanizmdə oksigen balansını yaxşılaşdırır.

Təbii dərmansız, fizioterapevtik müalicə metodu olaraq, ozonoterapiya nəinki xəstəliklərin müalicəsinə şərait yaradır, eləcə də, orqanizmin ümumi statusunu yaxşılaşdırır, dərman müalicəsinin təsirini tamamlayır, ən əsası, xəstəliklərin qarşısının alınmasına, orqanizmin sağlamlaşmasına və cavanlaşmasına, vaxtından əvvəl qocalmanın qarşısının alınmasına, dərinin oksigenlə zənginləşdirilməsinə, dərinin nəmlənməsinə, ləkələrin əmələ gəlməsinin qarşısının alınmasına və dəri rənginin ağarmasına və daha da gözəlləşməsinə xidmət göstərir.

Qanda oksigen miqdarını artırmaqla hüceyrələrin, toxumaların inişafını yaxşılaşdırır, onları canandırır, beyin hüceyrələrini oksigenlə zənginləşdirir.
Ozonoterapiya həmçinin mədə və bağırsaqda olan virus və parazitlləri məhv edir. Ozon eyni zamanda antioksidan təsirə malikdir.Bu səbəbdən bir çox xəstəliklərin müalicəsində ozonoterapiyanın tətbiq olunması yüksək nəticə verir.
Məsələn :
Ürək -damar sistemi
Şəkərli diabet
Mədə-bağırsaq-traktı
Hepatit B, C
Nevroloji
Uroloji
Kosmetoloji
Dermatoloji