Limonun faydaları

Limonun faydaları
2/24/2020

Limon çox faydalı məhsuldur. Onun tərkibində xeyli miqdarda C vitamini, pektin, orqanik turşular, tiamin və insan orqanizmi üçün lazımlı başqa maddələr var.

Başda C vitamini olmaq üzərə sağlamlıq üçün son dərəcə faydalı birləşmələrdən ibarət olan limonun çox zaman suyunu sıxıb qabığını tullayırıq. Amma çox səhv edirik.. Aparılan araşdırmalar, limonun suyu kimi qabığının da antioksidləşdiricilərdən ibarət olduğunu göstərir. Limonun qabığında olan polifenollər, vitaminlər, minerallar, liflər, karotenoidlər və esensial yağlar bir çox xəstəliyə qarşı qoruyur.
Limon qabığındakı 6 fayda:
🛑Diş ətlərini gücləndirir,
🛑Qaraciyərdə yağlanmanı azaldır,
🛑Bağırsaqları qoruyur,
🛑Hüceyrə zədələnməsinin qarşısını alır,
🛑Xərçəng riskini azaldır,
🛑Damarın sağlamlığını qoruyur