"Karma"rinoplastikanın üstünlüyü

"Karma"rinoplastikanın üstünlüyü
2/24/2020

Liman Klinikasında Sizlər həm gözəlliyinizi, həm də sağlamlığınızı etibarli əllərə həvalə edəcəksiniz

Estetik cərrahiyyə ümumi plastik əməliyyatların içərisində yüzdə 50 faiz təşkil edir. Bura daha çox burunun , qulağın estetik əməliyyatları və s. daxildir. İnsanların maddi rifahının artması, müasir dövrdə müasir iş həyatında baxımlı insanlara daha çox önəm verilməsi, insanların üz nahiyəsində olan qüsurlardan yaranan kompleksdən azad olma istəyi bu əməliyyatların sayının artmasına səbəb olur.

Rinoplastikanı həm LOR, həm də plastik cərrahlar icra edə bilər. Əsas tələb olunan amil bu əməliyyatı icra edəcək cərrahın burundaxili orqanlara və onların patalogiyalarına (burun çəpər əyriliyi, haymorit, konxa patalogiyaları və s.) lazımi qədər hakim olması və ehtiyac yarandığında bu əməliyyatları eyni anda icra etməsidir. Estetik əməliyyat üçün  müraciət edən pasientlərin böyük əksəriyyətində nəfəsalma, haymorit, burun axıntısı  problemləri də olduğu üçün burunun estetik əməliyyatlarını LOR cərrahların icra etməsi daha məqsədəuyğundur.

Rinoplastika əməliyyatı açıq və qapalı olmaqla 2 üsulla həyata keçirilə bilər. Qapalı üsulda nisbətən az problemi olan burunları əməliyyat etmək daha məqsədəuyğundur. Biz öz praktikamızda açıq üsulla əməliyyata daha çox üstünlük veririk. Bunun üstünlüyü ondan ibarətdir ki, burunda olan ən kiçik qüsurları belə gözlə görüb aradan qaldırmaq mümkündür. Yeri gəlmişkən incə və qalın dərili burunlara müdaxilə etmək , əvvəllər uğursuz əməliyyat keçirmiş xəstələrdə də açıq üsulla əməliyyat icra etmək arzuolunan nəticəni əldə etməyə imkan verir.    

"Karma"rinoplastikanın üstün cəhətlərindən biri- burun ucunun hərəkətli qalması və hissiyyatının itməməsidir (çünki pitangium bağı kəsilmir)."Açıq"rinoplastikadan sonra isə burun ucu belə elastik olmur.

Liman Klinikasında Lor cərrah Dr.İsmayılov Cahangirlə Siz sağlamlıgınızı və gözəlliyinizi etibarlı əllərə həvalə etmiş olacaqsınız.

Qəbul saatları həftə içi hər gün səhər 08:00-dan 10:30-a kimidir.

Telefon:(050)235-24-34