Faringitin əlamətləri

Faringitin əlamətləri
1/15/2020

Faringit udlağın (ağız boşluğu və yemək borusunun arasında yerləşən, mədə-bağırsaq sisteminin yuxarı hissəsi) selikli qişasının və limfoid toxumasının iltihabıdır.

Faringit kəskin və xroniki olur.

Səbəbləri:
Ən çox rast gəlinən virus faringitinə respirator infeksiyalarının törədiciləri olan adenovirus, rinovirus, paraqripp virusu, koronavirus, Epşteyn-Barr virusu, sitomeqalovirus və s. səbəb olurlar. Adətən, kəskin virus faringiti istənilən respirator infeksiya ilə yanaşı inkişaf edir. Daha nadir hallarda rast gəlinən bakterial faringitə isə streptokokk, neyseriya, mikoplazma, xlamidiyalar səbəb olurlar.
Xroniki faringit yuxarı tənəffüs yollarının xroniki və ya kəskin infeksiyası, həmçinin, udlağın davamlı olaraq alkohol, tüstü, digər mexaniki və kimyəvi maddələrlə qıcıqlanması nəticəsində inkişaf edə bilər.


Simptomlar:
boğaz ağrısı;
boğazda qaşınma, göynəmə hissi;
boğazda quruluq;
hərarətin artması;
boğazda limfatik düyünlərinin böyüməsi və s.

Farinqoskopiya zamanı udlağın selikli qişası qızartılıdır. Badamcıqların iriləşməsi ola bilər.
KRVİ (kəskin respirator virus infeksiyaları) və digər infeksion xəstəliklərdə kəskin faringitin simptomları adətən əsas xəstəliyin simtomları ilə tamamlanır: yüksək hərarət, rinit, bronxit, öskürək, orqanizmin güclü intoksikasiyası əlamətləri, əzələ ağrıları, səpgi və s.
Xroniki faringit zamanı xəstə boğazda quruluq və qıcıqlanmadan, uzun sürən quru öskürəkdən şikayətlənir.


Diaqnostika
Diaqnostika, ilk növbədə, xəstəyə baxışdan və farinqoskopiyadan başlanır. Zəruriyyət yarandıqda həkim digər müayinələr də təyin edə bilər.
Yalnız həkim bakterial infeksiyanı virus infeksiyasından ayırd edə və vaxtında lazımi müalicəni tətbiq edə bilər.
Xroniki faringitə şübhə yarandıqda onun səbəbini araşdırmaq üçün dərhal həkimə müraciət etmək lazımdır. 

Belə hallar zamanı müayinə və konsultasiya üçün Liman Klinikasına müraciəti tövsiyyə edirik. 

Əlaqə üçün:

(+994 50 235 24 34)
(+994 18 642 02 09)