Eşitmə problemlərinin səbəbləri nələrdir?

Eşitmə problemlərinin səbəbləri nələrdir?
2/11/2020

Eşitmə zəifliyi ciddi tibbi və sosial problemdir.

Eşitmə problemlərinin səbəbləri nələrdir?
Xarici qulaqla əlaqəli səbəblər:
➡️Qulaq çirki
➡️Xarici qulaq yolunun iltihabı
➡️Qulaq seyvanın olmaması
➡️Xarici qulaq yolunun anadangəlmə qapalı olması.
Orta qulaqla əlaqəli səbəblər:
➡️Orta qulağın iltihabı
➡️Qulaq pərdəsinin zədələnməsi
➡️Orta qulaq sümükcüklərində kirəcləşmə.
Daxili qulaqla əlaqəli səbəblər.
➡️Yaşlılığa bağlı eşitmə zəifliyi
➡️Menyer xəstəliyi
➡️Daxili qulağın iltihabı
➡️Yüksəs səs travmaları
➡️Eşitmə sinirinin problemləri
➡️Eşitmə siniri və beyindəki eşitmə mərkəzinin xəstəlikləri.


Əvvəlcə xəstənin ətraflı müayinəsi aparılmalıdır. Aparılan müayinələr nəticəsində eşitmə probleminin qulaq pərdəsi, orta qulaq sümükcükləri, daxili qulaq ya da eşitmə siniri ilə bağlı olduğunu aydınlaşdırıb xəstəyə dərman müalicəsi, cərrayihə və ya eşitmə aparatı təyin olunur.