Ozonoterapiya


Ozonoterapiya- unikal dərmansız müalicə metodu olub cərrahiyyədə,terapiyada,endokrinologiyada,ginekologiyada,nevrologiyada,dermotologiyada,kosmetologiyada,stomatologiyada bir sıra xəstəliklərin,həmçinin dəri-zöhrəvi xəstəliklərinin müalicəsində tətbiq edilir.Ozonun təsirindən hətda güclü viruslar (herpes,hepatit viruslar;xlamidiyalar ) və bakteriyalar məhv olur.ozonun müsbət xüsusiyyətlərindən ən əsası da  odur ki,onun təsirindən mikroblar məhv olduğu halda,insan hüceyrələri mənfi təsirə məruz qalmır.Əksinə onlar enerji qazanır.Ozon immun sisteminə çox müsbət təsir edir.