Ümumi cərrahiyyə


Klinikamızda müasir standartlara cavab verən əməliyyat bloku fəaliyyət göstərir.Burada Endoskopik və Laparoskopik əməliyyatlar böyük uğurla həyata keçirilir.

Laparoskopiya: laparoskopik əməliyyatlar xəstəyə ən az dərəcədə zərər verən əməliyyatlardır.

Xalq arasında "qansız əməliyyat" olaraqda bilinən bu üsulda pasient ümumi anestezi altında (yatmış) ikən göbək çuxuru 1 sm kəsilərək daxilə xüsusi optik bir cihaz salınır.Beləliklə qarın boşluğunda olan bütün orqanlar daxildəki cihaz vasitəsilə monitorda müşahidə olunur.